Taleh Bağırzadənin vəkili danışdıbackend

Taleh Bağırzadənin vəkili danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hani polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.
Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.
Sabunçu Rayon Pilos İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralanan var. T.Bağırzadənin saxlanıldığı bildirilir.
İslamazeri.az-a Nardaran dindarlarından daxil olan məlumata görə, bu gün Nardaranda \”Rəhimə Xanım\” ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb.
Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır.
İlkin məlumatlara görə, 2 nəfərin dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

Interpress.az