Ankarada partlayış olub, yaralılar varbackend

Ankarada partlayış olub, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Ankarada partlayış baş verməsi iddiaları sosial medianı qarışdırdı.
Partlayış səsinin şəhərin bir çox yerində eşidilməsindən sonra polisə zənglər edildi . Polis,verilən xəbərlər əsasında şəhərin daxilində bir araşdırma aparıb. Batıkent-Ostim arasında baş verən partlayışın nə səbəbdən meydana gəldiyi və yeri tam olaraq bilinmədiyi qeyd edildi.

Ankara Şəhər Valiliyi, sosial mediada və bəzi internet saytlarında rayonda bir partlayış olduğuna dair xəbərlərdən sonra, yazılı bir bəyanat verib.
Açıqlamada, \”Bu ana qədər təhlükəsizlik orqanlarımıza, 112 və 155 telefonlarımıza hər hansı bir bildiriş gəlib çatmamışdır. Məsələ ilə bağlı bir irəliləyiş olduğu təqdirdə valimizdən açıqlama veriləcəkdir\”. Deyildi.

İnterpress.az