Nardarandakı hadisənin şahidi danışdı: Zibil maşınında gəldilər, 4 nəfəri öldürdülərbackend

Nardarandakı hadisənin şahidi danışdı: Zibil maşınında gəldilər, 4 nəfəri öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sakinlərin sözlərinə görə, həmin vaxt evdə bir neçə dindar namaza toplaşıbmış. Sakinlər atışmada kimin öldüyü, kimin yaralandığı barədə dəqiq məlumata malik deyillər. Nardarandakı atışma şahidlərindən birinin AzadlıqRadiosuna verdiyi məlumata görə, qarşıdurmada 4 yerli sakin həlak olub.

Onlardan birinin adı Abbas Hüseyndir. Hələlik atışmada həlak olanlar haqda rəsmi məlumat yoxdur. Amma xəbər verir ki, qarşıdurmada 4 polis əməkdaşı öldürülüb.

“Onlar zibil maşınlarında gəldilər. Həyətə girib atmağa başladılar”.

Atəşma şahidi bunu deyərək əlavə edir ki, onun özü kənddəki dindarlardan birinin evində namaz qılırmışlar. Bu zaman bayırdan atışma səsələri gəlib:

“Xidməti maşında olsaydılar, kənd camaatı heç girməyə qoymazdı. Zibil, mebel maşınında gəliblər. Biz içəridə namaz qılırdıq. Bayırdan gələn güllə səslərinə çıxdıq. Onlar sağa-sola avtomatdan atəş açmağa başladılar. Biz içəriyə girdik. Onlar da ata-ata içəri girdilər. Nalayiq ifadələr işlədərək bizi \”dubinka\” ilə vurmağa başladılar. Hacı Talehi qoruyurduq ki, ona toxunmasınlar. Kənd cammatı toplaşmağa başlamışdı. Bundan qorxuya düşdülər. Zor tətbiq edərək Hacı Talehi aldılar və arxaya atəş ata-ata gəldikləri maşınlara doluşub getdilər. 3 nəfər öldü, 15 yaralı oldu. 20-yə yaxın adamı da apardılar özləri ilə”.

Atışmada yaralananlar Sabunçu xəstəxanasına aparılıb.

interpress.az