Türk İş Adamları Rusiyada Saxlanılıb!backend

Türk İş Adamları Rusiyada Saxlanılıb!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəməyə çıxarılan iş adamları haqqında \”deportasiya olanların düşərgəsinə göndərib deportasiya etmək\” qərarı qəbul olundu.

Rusiya, Türkiyəyə sanksiya tətbiq etməyəcəyini açıqlayarkən, Rusiyada biznes danışıqlarına və sərgidə iştirak etməyə gedən bir qrup iş adamının nəzarətə götürüldüyü xəbəri verildi.

Krasnodarda təşkil olunmuş \”Yuqaqro kənd təsərrüfatı sərgisi\”-ndə iştirak edən 22 Türk firmasından cəmi 60 Türk, turist olaraq sərgidə iştirak etmək gedərkən ,viza səbəbi ilə qaçqın düşərgəsində nəzarətə götürüldülər. Bir gün nəzarətdə saxlanılan iş adamlarından bir qrupu bu gün səhər məhkəməyə çıxarıldı. Türk Səfirliyi ilə əlaqə qura bilməyən iş adamları haqqında Soçidə bir qaçqın düşərgəsinə göndərilmə və 10 gün sonra deportasiya etmə qərarı çıxarılıb.

İş adamlarından Cenk Baykara vizalar qarşılıqlı olaraq ləğv edildiyindən, Rusiyadakı bütün sərgilərə turist vizası ilə gedilə bilərkən ,\” Daha əvvəl heç belə bir rəftar görməmişdik. Başımıza nə gələcəyini bilmirik. Burada girov qaldıq\” dedi. Baykara nəzarətə götürülərkən nəzarətçi bizə \”Təyyarə vurdunuz. Alın payınızı !\” dediyini söylədi.

Interpress.az