Dövlət Komitəsinin rəhbəri bildirib ki, təmsil etdiyi qurumun mövqeyi DİN-in və Baş Prokurorluğun açıqladığı mövqe ilə eynidir: “Hesab edirik ki, din pərdəsi altında cinayətkarlığa yol verənlər cəzalandırılmalıdır. Din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin qarşısı qətiyyətlə alınmalıdır. O şəxslər, “İslam Birliyi” deyilən qurum yaradıblar. Bu qurumun dinə heç bir aidiyyatı yoxdur. Bunlar kriminallaşmış, ekstremist cinayətkarlardır”.
Interpress.az