İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Barak Obama və ailəsi, Ağ Evdə \”Şükran Günü\”-nü qeyd edərkən, sürahiləri aşaraq Ağ Evə girməyə çalışan bir nəfər həyəcana yol açdı. \”Şimal Parkı\” hasarlarını aşan, üzərində ağ şalvar, ağ köynək olan və əlində Amerika bayrağı daşıyan şəxs məxfi xidmət əməkdaşları tərəfindən Ağ Evə girmədən yaxalanaraq saxlanılıb.
Hadisədən sonra Ağ Evə giriş və çıxış bir müddət bağlanıb. Ağ Ev ətrafında olan adamlar da, qısa bir müddət təşviş yaşayan məxfi xidmət əməkdaşları tərəfindən Ağ Ev ətrafından uzaqlaşdırıldı. Yaşanan qorxu və və həyəcanı yaşayan adamın saxlanma anı, ətrafda olanların cib telefonları ilə görüntüləndi.
İnterpress.az