Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayıbbackend

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, M. Çavuşoğlu bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.

Daha sonra o, Şəhidlər Xiyabanına baş çəkib, əbədi məşəl önünə əklil qoyub. Ardınca Türk Şəhidliyinə gedən nazir xatirə kitabına ürək sözlərini yazıb.

M. Çavuşoğlu bu gün prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.(apa)

İnterpress.az