İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Putin, Türk sərhədini pozan Rus təyyarəsinin düşdüyü ərazidə hava hücumlarının şiddətlənməsinə işarə edərək, o bölgədə Türkmənlərin deyil, Rusiyadan terror təşkilatlarına qoşulmaq üçün gedən döyüşçülər olduğunu iddia edib.
Putin, təyyarələri vurulana qədər Suriyada hava müdafiə sistemləri olmadığını dilə gətirərək, \”Müttəfiq saydığımız tərəfdən belə bir zərbə alacağımız ağlımızın ucundan belə keçmədi. Türkiyəni dost bir ölkə kimi gördük və belə bir həmlə gözləmədik. Bu səbəblə də, bu təcavüzü xəyanət kimi qiymətləndiririk!\” dedi.
Türkiyə ilə son 10 ildə əldə edilən yüksək münasibətlərin pozulmasının kədərli olduğunu vurğulayan Putin, \”Üzr belə istəməyəcəklərini söylədilər. Nə edək? Bu Türkiyənin seçimidir\” deyə danışdı.
İnterpress.az