Dünya mətbuatında bu gün verilən bəzi  xəbərlərin  özətləribackend

Dünya mətbuatında bu gün verilən bəzi xəbərlərin özətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerikanın səsi”:

Rusiya-Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq

Rus təyyarəsinin vurulmasından sonra yaranan böhran, yalnız Ankara və Moskva arasında bir problem deyildir. Həm Rusiya daxilində, həm də beynəlxalq imicini qorumaq istəyəcək olan Putinin mövqeyinin əhəmiyyətinə diqqət çəkən Kirişci, iki tərəfin də təzyiqin, hərbi mənada artmasını istəməyəcəyi şərhini verir. Kirişçi yenə də \”artıq Rusiya və Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq\” deyir.

“bbc.com “, “Financial Times”- dan :

Putin və Ərdoğan bir-birini sınayır

İngilis “Financial Times” qəzeti, Türkiyənin bir Rus hərbi təyyarəsini salınmasının ardından, Rusiya Prezidenti Vladimir Putin ilə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir-birilərinin qərarlarını sınadığını yazıb.

“Sputniknews.com”

“Putin: Cinayətkarları cəzalandıracağıq”

Rusiya Prezidenti Vladimir Putin, Rusiya və Fransanın, Paris və Rus təyyarəsinə qarşı terrorçu hücumlardan məsul şəxslərin tapılması və cəzalandırılması məsələsində həmfikir olduqlarını açıqlayıb.

“Çin Beynəlxalq Dövlət Radiosu”

Çin: Cənubi Çin Dənizində gərginlik artırılmamalıdır

Çin, müvafiq ölkələrin Cənubi Çin Dənizində gərginliyi artırılmamasını istədi.
Çin Xarici İşlər Nazirliyinin Sözçüsü Honq Lei, dünən Beijinqdə keçirilən mətbuat konfransında verdiyi açıqlamada, müvafiq ölkələrin Çin Cənub Dənizində sülh və sabitliyə faydalı işlər görməsi və gərginliyi artırmamasının lazım olduğunu söylədi.

“El Cezire”

Brüsseldəki məsciddə sibir xorası həyəcanı

Belçikada təcavüz təhdidi səbəbindən təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə tutulduğu paytaxt Brüsseldəki Böyük Məsciddə şübhəli bir zərf tapıldı. Aparılan axtarış nəticəsində məscidə gələn şəxslər, şübhəli zərfi xüsusi bir vasitəylə araşdırmaya apardı.

“İRNA AGENTLİYİ”

Nuri Əl-Malikidən Ərdoğanın siyasətinə tənqid

İraqın Qanuni Dövlət Koalisiya Rəhbəri Nuri Əl-Maliki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini tənqid etdi.
Nuri Əl-Maliki, cümə günü İraqda verdiyi açıqlamada, Türkiyə Prezidenti Ərdoğanın Rusiya təyyarələrinin Türkiyənin hava məkanını pozduğunu iddia edir, amma unutmasın ki öz təyyarələri hər gün Iraq və Suriyada hava məkanını dəfələrlə pozur və bölgədə beynəlxalq birliyin sükutu qarşısında tanklarını bölgəyə yerləşdirmə cəhdində olduğunu bildirib.

“Rudaw.net/Kurdistan”

Raziliq müqaviləsi: – Peşmərgələr çəkilir!

Tuzurmatu – Kürdüstan Vətənpərvər Birliyi ilə (KYB) və Şiyyə “Həşdi Şəbi” milis qrupu arasında Səlahəddinin Tuzurmatu rayonunda, hər iki tərəfin razılığa gəldiyi bir müqavilə imzaladığı irəli sürülür.

“Kıprıs Haber Ajanı”

İordaniya Kralı, Kiprin Oman Səfirini “Müstəqillik Ordeninin Birinci Dərəcəli Medalı” ilə təltif etdi

“Sana” Suriya Ərəb Xəbər Agentliyi

Onlarla xarici rerrorçu Türkiyəyə qaçır

Suriya ordusunun sözçüsü, ordu hissələrinin müxtəlif bölgələrdə, xalq müdafiə gücləri ilə birgə əməkdaşlıqla “təkfirci” və vətən xaini terror təşkilatlara qarşı bir çox istiqamətdə böyük nailiyyətlər əldə etdiyini bildirib.

İnterpress.az