Bibiheybət yolu bu gündən ikitərəfli oldu, avtobuslara qadağa qoyuldubackend

Bibiheybət yolu bu gündən ikitərəfli oldu, avtobuslara qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azəryolservis\” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gündən etibarən yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına verilib. Yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində \”Bibiheybət\” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə Su İdman Sarayından \”Bibiheybət\” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunub.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görülən işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının \”20-ci Sahə\”dən \”Bibiheybət\” məscidinə doğru olan yola daxil olması qadağan edilib. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla hərəkətlərinə davam edə bilərlər.

Nəqliyyat Nazirliyi \”Azəryolservis\” ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.(trend)

İnterpress.az