İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, onlar yaydıqları bəyanatda qeyri-fars millətlərini təhqir edənlərin mühakimə edilməsi, Teleradio Şirkətinin (səda və sima) rəisi və “Telekanal 2”-nin müdirinin işdən uzaqlaşdırılması, canlı yayımda üzr istəmələri, millətlərin təhqir edilməsi ilə bağlı cəza qanununun qəbul edilməsi, asimilasyon siyasətinin dayandırılması və dövlətin qeyri-fars millətlərə münasibətdə yanaşmasının dəyişməsini tələb ediblər.
Bəyanat \”Şəhid Mədəni Universiteti\”-nin tələbələri tərəfindən imzalanıb.
Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir satirik televiziya verlişində diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir azəri türkünün uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində azəri türkcəsində dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xaric ölkələrdə İran rejiminin irqçi siyasətinə qarşı silsilə etirazlar başladı. Etiraz aksiyalarında ən azı 150 nəfər iştirakçı təhlükəsizlik qüvvələri tərəfindən tutuldu. Yaxalanan fəalların əksəriyyəti bir neçə gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
İnterpress.az