Ceb  Buşdan  Türkiyəyə dəstəkbackend

Ceb Buşdan Türkiyəyə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 2016-cı ilin noyabrında keçiriləcək Prezident seçkilərində Respublikaçı Partiyanın namizədlərindən olan Florida keçmiş qubernatoru Ceb Buş, Rus döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozması səbəbilə vurulmasına dair, \”Mən Türkiyəyə inanıram. Bu, texnologiya vasitəsi ilə hər cür təsdiq ediləcək\” dedi.

Respublikaçı Partiyanın namizədlərinin bir çoxunun son günlərdə İslam əleyhinə və Suriyalı qaçqınlara qarşı getdikcə sərtləşən ritorikaları diqqəti çəkərkən Buş, Suriya-Türkiyə sərhədində baş verən təyyarə hadisəsinə verdiyi açıqlamaları ilə önə çıxdı.

\”CNN\”-də \”New Day\” müxbiri Alisın Kamerotaya müsahibə verən Buş, Rus döyüş təyyarəsinin Türkiyənin hava məkanında vurulduğunu, Rusların isə fərqli danışdığını qeyd edən \”CNN\” müxbirinə verdiyi cavabda, \”Mən Türkiyəyə inanıram. Bu, texnologiya vasitəsilə hər cür təsdiq ediləcəkdir\” dedi.

\”İŞİD-əqarşı müharibədə, Əsədi iqtidardan salma və Suriyada rejim dəyişikliyi məsələsində uğurlu olsaq, Türkiyə bunun ayrılmaz hissəsi olacaq bir NATO üzvüdür\” fikirlərini səsləndirən Buş, belə davam etdi:\”Əgər bu işdə ciddi olsaq, Türkiyə müttəfiqimiz olmalı və dəstəyimizi göstərməliyik. Prezident Obamanın hər bir ölkənin özünü müdafiə hüququ olduğunu qeyd etməsi məsələsində haqlı olduğunu düşünürəm\”.

Interpress.az