“İstanbula atom bombası ataq”backend

“İstanbula atom bombası ataq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski Moskva radiosuna verdiyi müshibədə deyib ki, İstanbulu yox etmək Rusiya üçün çətin bir iş deyil: “İstanbul Boğazının ortasına tək bir atom bombası atsaq, yaranacaq 15 metirlik sunami bu şəhəri 9 milyon əhalisi ilə birgə yox edəcək”.

Türkiyə mətbuatı onun bu çıxışını “Rusiya dəlisi yenə danışdı” başlığı ilə yayımlayıb.

Qeyd edək ki, Vladimir Jirnovski türk xalqlarına qarşı nifrətini gizli saxlaya bilmir. O, vaxtilə azərbaycanlıları da “qoyun” deyə, təhqir etmişdi.
Eyni zamanda bir türkoloq oln Jirnovski daim türk və Qafqaz xalqlarına da od püskürür.

V. Jirinovskini Rusiya mediası “faşist” adlandırır. Dünya mətbuatı isə iddia edir ki, V.Jirnovski Rusiya hakimiyyətinin siyasi iddialarını daha çılğın şəkildə çatdıran saray xidmətçisidir.

Ukrayna-Rusiya münqaişəsinin gərgin anlarında “Rusiya dəlisi” adlandırılan V.Jirnovski mətbuat konfransı zamanı ukraynalı bir qəzetçiyə “təcavüz etmək gərəkdir” deməsinə görə, uzun müddət tənqid edildi.

Abuzər
İnterpress.az