İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yapon yayım təşkilatı \”NHK\”-nin xəbərinə görə, polis və sahil təhlükəsizlik qrupları son günlərdə Yaponiya sahillərinə çıxan əsrarəngiz katerlərin sirrini tapmağa çalışırlar.
Yapon Dənizinə 100 kilometr məsafədə, çərşənbə günü sahibsiz görünən və sahil təhlükəsizlik qrupları tərəfindən sahilə çıxarılan katerdə çürüməkdə olan 7 cəsəd olduğunu söyləyən şəxslər, içərisində 10 cəsəd olan bir başqa bir qayığın isə ötən cümə Fukui əyaləti yaxınlığında tapıldığını bildirdilər.
Son iki ay ərzində sahilə çıxan katerlərdə, ümumilikdə 25 cəsəd tapdıqlarını qeyd edən rəsmi şəxslər, qayıqlardan birində tapdıqları cırılmış bir bez hissəsinin, Şimali Koreya bayrağına aid ola biləcəyini dilə gətirdilər.
Məsələ ilə əlaqədar araşdırmanın davam etdiyi bildirildi.
İnterpress.az