İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, Tehran Universitetinin tədris korpusunda qılınan cümə namazı xütbəsində Kermani, Rusiyanın Suriyaya təşkil etdiyi hava hücumu ilə bağlı, \”Allah Təala inşallah Rusiyaya İŞİD-i yox etmək məsələsində daha çox uğurlar ehsan edər\” duasını edib.
Kermani, bu hücumlardan sonra \”Suriyanın vəziyyəti yaxşılaşar. Bir milyondan çox Suriyalı qaçqın Rusiyanın hava əməliyyatlarından sonra torpaqlarına geri qayıtdı\” dedi.
Xütbənin davamında Kermani, \”Rusiya ilə Türkiyə arasında baş verən hadisədə ümid edirik ki, ağıllı davranılır və vəziyyət yaxşılaşdırılar. Və hər iki tərəfin soyuqqanlı olmalarını istəyirik\” ifadələrini istifadə etdi.
Kermani, ötən həftə Tehrandakı Qaz İxrac Edən Ölkələrin Forumuna (GEFC) qatılan dövlət liderlərinin, xüsusən Putinin İranın Dini Lideri Əli Xamaneiyə heyran olduğunu söylədi.
İranda Cümə imamları, Dini Lider (Rəhbər) Ayətullah Əli Xamaneyini təmsil edir və Cümə xütbəsi edirlər.
İnterpress.az