Avropa Birliyi Roma kimi dağılacaqbackend

Avropa Birliyi Roma kimi dağılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya Baş Naziri Mark Rutt, Aİ-nin xarici sərhədlərini yenidən nəzarət altına alaraq qaçqın axınını dayandıra bilməsə, Roma İmperiyasının başına gələnlərlə qarşı-qarşıya qalacağını deyib. \”Financial Times\” qəzetinə müsahibə verən Rutt, Aİ-nin cənubdakı üzvlərinin, miqrant axınının qarşısını almaq üçün görülən tədbirlərin tətbiqinin şərt olduğunu bildirib.
Yanvar ayından etibarən Aİ Şurasına sədrlik 6 aylıq Hollandiyanın idarəsinə keçəcək. Baş Naziri Rutt, \”Roma tarixindən bildiyimiz kimi, böyük imperiyalar sərhədlərini yaxşı qorumaması halında dağılırlar\”. Dedi.
Haaqadakı çıxışlarında Rutt, Aİ-nin təxirəsalınmaz problemlərə diqqət yetirməsi lazım olduğunu və şişirdilmiş bir şəkildə yeni qaydalar tətbiq etməkdən qaçması lazım olduğunu vurğulayıb. Qarşıdakı dövrdə daha çox terror və qaçqın böhranı ilə mübarizənin artırılacağını ifadə edən Rutt, maliyyə böhranında göründüyü kimi, Aİ-nin müxtəlif çətinliklərin öhdəsindən gəldiyini qeyd edib.

İnterpress.az