İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən bəyanatda, Çinə məxsus 11 hərbi təyyarənin (8 bombardmançı, 2 kəşfiyyat və 1 qırıcı) Miyako və Okinava adalarına yaxınlaşması ilə əlaqədar Yaponya Hərbi Hava Qüvvələri təyyarələrinin təcili onların qarşısını alma uçuşu icra etdiyi qeyd olundu.
Bəyanatda, Çin təyyarələrinin hava məkanını pozduğu qeyd olunub. Nazirlik açıqlamasında daha çox məlumata yer vermədiyi bir halda, \”Yomiuri Simbun\”qəzeti isə Çinin bu qədər böyük hava bir donanması ilə Yaponiya hava sərhədi yaxınlığından uçmasının \”qeyri-adi\” olduğunu yazdı.
Çinin rəsmi xəbər agentliyi \”Sinxua\” dünən Xalq Qurtuluş Ordusunun Sakit okeanda qırıcı və bombardmançı təyyarələrinin da daxil olduğu geniş miqyaslı hava təlimi həyata keçirdiyini, təlimlə uzun məsafəli müharibə bacarıqlarının test edildiyini bildirmişdi.
Okinava adasının cənubunda yerləşən ərazidə və Yaponların Senkaku, Çinlilərin Diaoyu adlandırdığı suverenliyi ixtilaflı adalar iki ölkə arasında ciddi hərbi və diplomatik gərginlik mənbəyidir.
Digər tərəfdən, cümə günü Yaponiya mətbuatında yer alan xəbərlərdə, Müdafiə Nazirinin Müavini Miyuxara Vakamiyanın Senkaku adalarının inzibati baxımdan asılı olduğu İşiqaki rayonuna gedərək, 2019-cu ildə həyata keçiriləcək əsgər yerləşdirmək planı üçün yerli hakimiyyət dəstəyini tələb etdiyi bildirilmişdi
İnterpress.az