İnterpress.az Rus xəbər agentliyi \”Ria Novosti\”-ya istinadən xəbər verir ki, agentlik, Türkiyənin Rus vətəndaşı Mixail Kuzminin cənazəsinin Afinadan Ufaya İstanbul üzərindən tranzit göndərilməsinə icazə vermədiyini yazdı.
Kuzminin qızı Olqa Andriyanova Rus xəbər agentliyi \”Ria Novosti\”ya verdiyi açıqlamada, atasının Afinada iflic keçirərək həyatını itirdiyini bildirib. Andriyanova, \”Cənazəsi İstanbula gətirildi, oradan Türk Hava Yolları ilə Ufaya göndərilməsi lazım idi. Təyyarə bu gün İstanbula gəldi. Amma gediş üçün buraxılmır. Cənazəni saxladılar. Səhər saat. 7-də Ufaya uçmalı idik. Səbəbini bilmirəm. Heç bir açıqlama vermirlər. Ufaya qədər olan bütün prossedurların ödəməsini etdim\” dedi.
Vəziyyətlə Rusiyanın Yunanıstan Səfirinin məşğul olduğu bildirilib.
İnterpress.az