İnterpress.az İraq mətbuatına istinadən xəbər verir ki, İraqda Qanun Dövləti Koalisiyası partiyası lideri və keçmiş Milli Təhlükəsizlik Müşaviri Müvəffəq Əl Rübai, \”Facebook\” hesabından verdiyi açıqlamada, \”Türkiyə İŞİD-in nefti qara birjada satmasına icazə verərək terrorçuları dəstəkləyir\” – dedi. İŞİD-in nefti qara birjada barreli 20 dollardan satdığını söyləyən Rübai, qlobal qiymətlərin 50 dollar ətrafında olduğunu xatırladıb.
Neft və qaz satışlarının İŞİD-i bəsləyən oksigen olduğunu deyən Rübai, \”Təşkilat, 8 ay ərzində Türkiyədə 800 milyon dollar dəyərində İraq nefti və qazı satıb\” – dedi.
Digər tərəfdən Türkiyənin İŞİD üçün əsgr toplama mərkəzinə çevrildiyi fikrini müdafiə edən Rübai, terrorçuların Türkiyə sərhədi üzərindən İraqın Mosul və Suriyanın Rakka bölgələrinə keçdiyini söylədi.
İnterpress.az