İt avtomobilin qarşısına çıxdı, 6 nəfər öldübackend

İt avtomobilin qarşısına çıxdı, 6 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Erciş – Adilcevaz rayonları arasındakı magistral yolda hərəkət edən avtomobilin qarşısına qəfildən it çıxıb. Türkiyənin Van vilayətində 6 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İti vurmamaq üçün sürücünün qəfildən sükanı çevirməsi ilə avtomobil aşıb.
Qəza zamanı 3 sərnişin hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya çatdırılan yaralılardan daha 3 sərnişinin də həyatını xilas etmək mümkün olmayıb. Yaralanan daha 4 nəfərin isə müalicəsi davam edir.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Interpress.az