İnterpress.az bildirir ki, 12 raundun sonunda hakimlərin qərarı ilə britaniyalı Tayson Fyuri qalib gəldi. İndi o, IBF, IBO, WBO və WBA versiyaları üzrə çempiondur.
Oyunun statistikası, yəni hakimlərin qərarı isə belədir: 115-112, 115-112, 116-111.
Görüşdən sonra Fyuri xanımı üçün məşhur \”Wind Beneath My Wings\” mahnısını oxuyub.
39 yaşlı Kliçko ilə 27 yaşlı Fyurinin döyüşü oktyabrın 24-də baş tutmalı idi. Ancaq ukraynalı zədə aldığından görüş təxirə salındı.
Kiçik Kliçkonun hesabında 68 oyunda 64 qələbə (53-ü nokautla) var. Fyuri isə 25 görüşdə 25 qələbə (18-i nokautla) qazanıb.