Davudoğlu: Rus pilotun cənazəsi Türkiyədədirbackend

Davudoğlu: Rus pilotun cənazəsi Türkiyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Brüsselə səfər etməzdən əvvəl Ankaraya Hava Limanında mətbuat konfransı keçirən Davudoğlu, \”Rus pilotun cənazəsi, gecə saat 01.45-də sərhədimizdə bizə təhvil verildi. Bir qədər sonra Rus hərbi nümayəndə də Hataya hərəkət edəcək və cənazə Rusiyaya təslim ediləcək\” dedi. Davudoğlu Rus pilot üçün Pravoslav ənənələrinə görə mərasim keçirdiyini bildirib.

Davudoğlu, Rusiyanın Türkiyəyə qarşı sanksiya qərarları ilə bağlı suala isə \”Rusiyadan son dövrdə gələn açıqlamalar qonşu ölkə münasibətləri baxımından qəbul edilə biləcək açıqlamalar deyil\” cavabını verdi. Davudoğlu, belə danışdı:

\”Sərhəd pozuntusu edən təyyarəyə beynəlxalq qaydalar çərçivəsində müdaxilə edilməsinin məsuliyyətini, Türkiyə tərəfinin üzərinə qoymağa yönəlmiş səylər həm beynəlxalq hüquq baxımından etibarsızdır, qeyri-qanunidir, həm də Türkiyə ilə Rusiya arasındakı mehriban dostluq və qonşuluq əlaqələri baxımından da düzgün deyil. Əgər bir məsuliyyətli axtarırsa, Türkiyə hava məkanını daha əvvəl də pozan tərəf də ilk növbədə özünü mühakimə etməsilazımdır. Rusiyadan son dövrdə gələn açıqlamalar qonşu ölkə münasibətləri baxımından qəbul edilən bəyanatlar deyil\”.

Davudoğlu, \”Türkiyə tək tərəfli olaraq Rusiyadan iqtisadi mənfəət əldə etmir. Rusiyanın da maraqları var. Qonşuluq münasibətlərimiz var. Rus rəsmilərin bütün bunları nəzərə alaraq, soyuqanlılıq içində mövqe nümayiş etdirməsini gözləmək ən təbii haqqımızdır. Prioritetimiz Rusiya ilə rabitə kanallarını açıq tutmaqdır\”dedi.

İnterpress.az