İnterpress.az İraq mətbuatına istinadən xəbər verir ki, İraqda Qanun Dövləti Koalisiyası partiyası lideri və keçmiş Milli Təhlükəsizlik Müşaviri Müvəffəq Əl Rübai, ABŞ-ın İŞİD-in İraq və Suriyadan qəsb etdiyi nefti Türkiyəyə daşıyan tankerləri \”mülki hədəf\” olduqları səbəbilə vurmadığını xəbər verdi.
Rübai, \”ABŞ nümayəndələri ilə şəxsən görüşdüm və onlardan Türkiyəyə İraq və Suriya nefti daşıyan İŞİD tankerlərini vurmalarını istədim. Mənə bunların mülki hədəf olduğunu və vurmayacaqlarını dedilər \” deyə bildirdi.
Rübai, daha öncə də \”Facebook\” hesabından verdiyi açıqlamada, \”Türkiyə əvvəldən İŞİD neftini qara birjada satmasına icazə verərək terrorçuları dəstəkləyir\” iddiasında olmuşdu.
İnterpress.az