İnterpress.az Güneyli mənbələrə istinad edərək xəbər verir ki, “GAMAC” təşkilatının yaydığı məlumata görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları Həbib Sasaniyanı noyabrın 28-də tutub naməlum istiqamətə aparıblar. Dinc fəalın hazırda harada saxlanması və onun konkret nədə günahlandırılması barədə məlumat yoxdur.
Azərbaycanlı fəalın həbsi, son həftələrdə Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən də Ərdəbildə rassizm və fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi ilə əlaqədar olduğu təxmin edilir.
İnterpress.az