İnterpress.az Rusiyanın \”RİA Novosti\” Xəbər Agentliyinə istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri Moşe Yaalon deyib. Səhv nəticəsində rus pilot 1 mil (1.6 km) İsrailin hava məkanına daxil olub. O deyib ki, Rusiyanın Suriyadakı aviaqrupuna aid təyyarə Qolan təpələrindəki hava məkanına daxil olub, sonra isə salamat şəkildə geri qayıdıb. Şəraiti tənzimləmək üçün iki ölkənin hərbçiləri fəaliyyətə keçiblər.
\”Onunla dərhal əlaqə yaratdıq, o da həmən istiqamətini dəyişərək Suriyaya qayıtdı\”, – nazir \”Kol İsrael\” radiosunun efirindən bəyan edib.
\”Rus təyyarələri bizə zərbə endirməyə hazırlaşmırlar, ona görə də avtomatik olaraq onları vurmağa ehtiyac yoxdur\”, – Yaalon deyib.
İnterpress.az