Eldar Ryazanov vəfat etdibackend

Eldar Ryazanov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur rejissor Eldar Ryazanov bu gecə 88 yaşında dünyasını dəyişib.
Həkimlər noyabrın 21-dən Moskva klinikalarından birinə yerləşdirilmiş rejissorun vəziyyətini son dərəcə ağır qiymətləndirirdilər. Onda ağ ciyər və ürək çatışmazlığı aşkarlanmışdı.
Məşhur kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada dünyaya göz açmışdı.
O, 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları \”Karnaval gecəsi\”, \”Qusar balladası\”, \”Avtomobildən qorun\”, \”İşdə məhəbbət macərası\”, \”Qaraj\”, \”Qəribə təsadüf və ya həmişə təmizlikdə\”, \”İki nəfərlik vağzal\” filmləridir.

İnterpress.az