Şəhərin 20 yanvar küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evinin hamamında qazla işləyən su qızdırıcı çən partlayıb. Nəticədə hamamda olan 1978-ci il təvəllüdlü Siyəzən şəhər sakini Muxtarov Eldəniz Gülbala oğlu ağır yanıq xəsarətləri alıb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti ağır olan yaralıya bədənin 60-65 faizinin 2-3 dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən müvafiq tibb müəssisəsinə göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterpress.az