Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan nəqliyyat konsorsiumu yaradacaqbackend

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan nəqliyyat konsorsiumu yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə razılaşma beynəlxalq nəqliyyat və logistika sərgisi olan \”Logitrans\” çərçivəsində İstanbulda təşkil edilən \”Çin-Türkiyə-Avropa\” Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub.
Konsorsiumun təsisçisi olmağa Çinin \”Mishgeng Logistics\” şirkəti ilə yanaşı, \”KTJ ekspress\” (\”Qazaxıstan Dəmir Yolları\”nın \”qız\” şirkəti – Report), \”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi\” QSC və Azərbaycanın \”Karvan Logistics\” şirkəti, eləcə də \”Trans Caucasus Terminals\” (\”Gürcüstan Dəmir Yolları\”nın \”qız\” şirkəti – Report) hazır olduğunu bəyan edib. Türkiyə tərəfi isə konsorsiumda assosiativ üzvü kimi təmsil olunacaq.
Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutunun əsas komponentlərindən biri 2016-cı ildə istismara veriləcəyi planlaşdırılan və ümumi uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralı olmalıdır.

Interpress.az