İdman geyimləri istehsal edən firmanın İŞİD-ın qəzəbinə uğramasının səbəbi bəlli oldu. İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur idman geyimləri firması olan Nike-ın ayaqqabılarının dabanında Allah yazısı aşkarlanıb. Lakin firma rəsmiləri bildirib ki, doğrudan da belə bir xəta olub və bunu zamanında aradan götürüblər. Belə ki, Nike 1988-ci ildə üstündə “Allah” yazılan ayaqqabı çeşidlərini ərəb-Amerika bazarı üçün istehsal edib. Elə bazara çıxan kimi böyük təzyiq ilə üzləşdiyindən firma ayaqqabıların dabanında olan yazını silmək məcburiyyətində qalıb. Firma bu ayaqqabıların arxasındakı yazını sildiyini iddia etsə də eyni çeşidin hələ də istehsal edilməsi müsəlmanlarda qıcıq doğurmaya bilməz. Firma isə ayaqqabıların dabanındakı yazının “Air” olduğunu iddia edir. Qeyd edək ki, Türkiyənin məşhur ayaqqabı istehsalçısı olan “Gezer” firması da illər öncə eyni problemlə üzləşmişdi. Firmanın istehsalı olan ev ayaqqabılarının altında ərəb əlifbası ilə “Məhəmməd” yazısı bütün məhsulların geri qaytarılması ilə nəticələnmişdi. Amma ayaqqabı firması o zaman öz səhfini etiraf edərək üzr istəmişdi.
İnterpress.az