İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi sözçüsü Emanuel Nahson, verdiyi yazılı açıqlamada, \” (Baş Nazir Benyamin Netanyahunun göstərişi əsasında) Aİ-qı ilə sülh prossesinə bağlı bütün rabitə kanalları bağlanıb. Bu qərar Aİ-nın İsrail mallarının etiket yapışdırılması ilə bağlı atdığı addımın birbaşa nəticəsidir\” ifadəsini istifadə etdi. İsrail dövlət radiosu, adını açıqlamadığı yüksək səviyyəli bir rəhbərliyə əsaslandırdığı xəbərində, Netanyahunun Xarici İşlər Nazirliyindən, Fələstin ilə sülh prossesində Aİ-nın rolu mövzusunda yeni bir qiymət verməsini istədiyi, qiymətləndirmə başa çatana qədər bütün diplomatik danışıqların təxirə salınması tapşırığını verdiyini bildirdi.
AB, 11 noyabrda, İsrailin işğal altında saxladığı Qərbi İordandakı qanunsuz yaşayış məntəqələrində istehsal olunan məhsullarda İsrail malı etiketi vurmasını qadağan edən bir qərar almışdı. Fələstin İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, şğal olunmuş Fələstin torpaqlarında İsrailin 250 zavod və müxtəlif sektorlar üçün istehsal həyata keçirən 3 min müəssisəsi var.