Cani ata, döyərək öldürdüyü oğlunu donuzlara yem etdi – VİDEObackend

Cani ata, döyərək öldürdüyü oğlunu donuzlara yem etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Missuri ştatının Kanzas Siti şəhərində Maykl Cons (44 yaş) adlı adam, arvadı Hiter Consa (29 yaş) zorakılıq tətbiq etdiyi və evdə odlu silah işlətdiyinə görə həbs olundu. Ancaq araşdırmalarını davam etdirən polis, gələn bir xəbərə görə şoka düşdü. Verilən xəbərin izinə düşən polis, tövlədə axtarış edərkən Consun 7 yaşlı itkin oğlunun çürüməkdə olan bədəninin bəzi parçalarını tapıb.

Qonşuları ailənin yaşları 1 ilə 11 arasında dəyişən səkkiz uşağının olduğunu dedi. Lakin bir oğullarının 1 may ilə 28 sentyabr arası tarixdə yox olduğunu dedilər. Qonşuları həmçinin Hiter Consun sentyabr ayında tövləsində yeni donuzlar alıb saxladığını ifadə etdilər.

Hadisəni araşdıran şəxslər, ata Consun 7 yaşlı oğlunu döyərək öldürdükdən sonra kiçik uşağın bədəninin bəzi hissələrini donuzlara yem etdiyi ehtimalını irəli sürdülər. Kiçik uşağın çürümüş bədənin bir hissəsi hələ rəsmi olaraq müayinədən keçmədi.

Qonşulardan adının gizli saxlanılmasını istəyən bir, yerli bir kanala verdiyi xəbərdə: \”Onların evi dəhşətli dərəcədə murdardır. Uşaqlar o cür şərait içində yaşayır. Hər yer zibildir.Evin hər yerində qurumuş yeməklər var\”. Dedi.

Ailədə daha əvvəl bir körpəyə qulluqçuluq etmiş bir qadın da bəzi adamların uşaq xidməti ilə danışdığını və digər yeddi uşağın dövlət himayəsinə alındığını qeyd edib.

Maykl Cons silahlı hücum kimi ağır cinayət, amansız rəftar və uşaq istismarı ilə ittiham olundu. Girov məbləği 10 milyon dollar olaraq müəyyənləşdirilib.

Cani ata, döyərək öldürdüyü oğlunu donuzlara yem etdi - VİDEO
Cani ata, döyərək öldürdüyü oğlunu donuzlara yem etdi - VİDEO
Cani ata, döyərək öldürdüyü oğlunu donuzlara yem etdi - VİDEO

İnterpress.az