Rusiyadan bu dəfə yaxşı xəbərbackend

Rusiyadan bu dəfə yaxşı xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İdman Naziri və Futbol İttifaqının Prezidenti Vitaliy Mutko, \”2018 FİFA Dünya Kuboku\” çərçivəsində stadion inşa edən Türk şirkətlərinin Rusiyada işlərinə davam edəcəklərini, çünki mövcud iş müqavilələrinin olduğunu bildirib.

Mutko telefonla verdiyi bəyanatlarda,\”Bütün stadion tikintilərində podratçılar ruslardır. Bəzi layihələrdə podratçı firmalar Türk şirkətləri ola bilər. Əgər bu şirkətlərin kontraktları varsa, o zaman işləməyə davam edəcəklər. Gələcəkdə yeni layihələrə imza atılmayacaq, lakin mövcud saziş varkən bu sazişlər yenidən qiymətləndiriləcək\” dedi.

\”FİFA Dünya Kuboku\” matçları, 14 iyun -15 İyul 2018-ci il tarixlərində Rusiyanın Moskva, Sankt-. Peterburq, Kalininqrad, Kazan, Volqoqrad, Nijniy Novqorod, Samara, Saransk, Yekaterinburq, Rostov və Soçidə olmaq üzrə 11 şəhərində yerləşən 12 stadionda keçiriləcək.

İnterpress.az