İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiyaya qurduğu yaxın əlaqələrlə tanınan Kazaxıstan Prezidenti Nursultan Nazarbayevlə telefonla danışan Prezident Rəcəb Tayyib Ərdoğanın, Rusiya Prezidenti Vladimir Putin ilə ən yaxın zamanda görüşə hazır olduğunu söylədiyi bildirildi.
Kazaxıstan Prezidenti Mətbuat Mərkəzinin bildirdiyinə görə, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon söhbətində, iki ölkə arasında münasibətlərin gələcək taleyi, vurulan Rus təyyarəsi ilə bağlı detallar da danışılıb.
Kazax lider Nazarbayevin, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə gəlinən nöqtənin gərgin olduğunu bildirdiyi, hadisənin araşdırılması üçün bir komissiyanın qurulmasını təklif etdiyi qeyd edilib.
Türkiyə və Rusiya arasında münasibətlərin dərin əsaslara söykəndiyini ifadə edən Prezident Nazarbayevin, təməli uzun illər davam edən bu müsbət münasibətlərin mühafizə edilməsinin lazım olduğuna diqqət çəkdiyi vurğulanıb.
Nazarbayevin, iki ölkə arasında yaşanan böhranın, tez bir zamanda həll olunması üçün hər iki tərəfin diplomatik kanalları açıq saxlanmasının vacibliyinə diqqət çəkdiyi bildirilib.
Görüşdə Rəcəb Tayyib Ərdoğanın, Rusiya lideri Putin ilə ən qısa zamanda görüşməyə hazır olduğunu ifadə etdiyi bildirildi.
Dünyanın ən aktiv on liderlərindən sayılan Kazaxıstan lideri Nursultan Nazarbayev, Putinlə aralarında yaxın münasibəti ilə tanınır. Nazarbayev, Rusiya ilə Kazaxıstan arasında əlaqələri \”Biz bir-birimiz üçün yaradılmışıq\” şəklində ifadə edir. Nazarbayev, Krım məsələsində Rusiya, Ukrayna və ABŞ arasında vasitəçilik üçün danışıqlara girmişdi.
İnterpress.azhttps://youtube.com/watch?v=xsjuuSKGCdg