İrandan ABŞ-a yaşıl işıqbackend

İrandan ABŞ-a yaşıl işıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İran Neft Naziri Bijən Zəngənə, \”İran neft sənayesi, Amerika Birləşmiş Ştatları (ABŞ) mərkəzli şirkətlərin fəaliyyətlərinə açıqdır\” dedi. Zəngənə, həmçinin Rusiyanın Türkiyəyə verdiyi qazı kəssə, İranın qaz artırımına getməyəcəyini də deyib.

Paytaxt Tehrandakı Liderlər Konfrans Salonunda keçirilən, \”İran Nefti Yeni Model Sazişlərinin Beynəlxalq Təqdimatı\” mətbuat konfransında danışan nazir Zəngənə, ABŞ mərkəzli şirkətlərin İran neft sənayesində iştirak etməsinə qarşı olmadıqlarını deyib.

Zəngənə,\”Amerika şirkətlərinin İran neft sənayesində fəaliyyət göstərmələri mövzusunda bir problem olmadığı kimi, şirkətlərin fəaliyyətinə qarşı da olmadığını dedi. O, \”İran neft sənayesi Amerikalı şirkətlərin fəaliyyətlərinə açıqdır\” fikrini vurğuladı.

Türkiyə- Rusiya gərginliyi sonrası, Rusiyanın Türkiyəyə nəql etdiyi qazı azaltması halında, İranın Türkiyəyə qaz ixracını artırıb-artırmayacağı ilə bağlı bir suala Zəngənə,\” Biz, mövcud olan sazişlərə görə fəaliyyətlərimizi aparırıq. Sazişin imkan verdiyi ən yüksək səviyyədə qaz göndərəcəyik. Qış mövsümü nəzərə alındıqda daha çox qaz ixrac edə bilərik\” dedi.

İrandan ABŞ-a yaşıl işıq

İnterpress.az