Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydubackend

Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllərdir Deka Bankın Nəsimi filialının müştərisi Habil Şirinov deyir ki, 2009-cu ildə Deka Bankın Nəsimi filalından pul götürüb bizneslə məşğul olmağa başlayıb. Elə o zamandan bu bankın daimi müştərisinə çevrilib: “2011-ci ilə qədər bu bankdan üst-üstə 595 min manat pul götürdüm. Banka ödədiyim bütün faizləri hesablayanda 195 min manat edir. Əslində Deka Bank hesab məsələsində daim müştərisini aldadır. Çünki pulu 28 faizlə verir, 10 faiz-də bank ayrıca hesab tutur. 1 faiz isə sığorta üçün ödəməlisən. 2012-ci ildə Atatürk prospektində yerləşən sexim yandı. Bankdan məndən aldığı sığortamı tələb edəndə dedi ki, biz sənə kömək edə bilmərik. Əgər kömək edə bilməyəcəkdisə, o zaman niyə sığorta pulu alır?” Bütün bunlar azmış kimi Deka Bankın Nəsimi filialının keçmiş direktoru Nəsrullah Mikayılov Habil Şirinovdan 56 min manat rüşvət alıb: “Mənə dedi ki, sənin istədiyin məbləği verə bilmərik, gəl mənə 56 min manat rüşvət ver, sənən istədiyin məbləği çıxarım bankdan. Mən də razılaşdım 56.800 manat rüşvət verdim”.
H.Şirinov deyir ki, bankdan götürdüyü pullarla biznes qurmaq istəyib. O, sovet dönəmindən qalma avtomat telefon stansiyası (ATS) almaq istəyib: “Zərgərlik sexim üçün ATS-dəki aparaturada istifadə edilən məmulatlar lazım idi. Ona görə də Əzizov Şərif, Əziziov İntiqam və Əliyev Şirvanın satdığı ATS-ləri almaq qərarına gəldim. Biz alış-veriş etdik, mən pulu da qarşı tərəfə təqdim etdim, amma sonra aldığım obyektləri mənə vermədilər ki, bəs sahibinə pul çatmayıb. Bəlli oldu ki, mənim ATS-lər üçün onlara ödədiyim 220 min manatı götürüb aradan çıxıblar”.
Şikayətçi deyir ki, başına gələnlərlə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Habil Şirinovun xeyrinə qərar çıxarıb. Qarşı tərəf isə qərar ilə razılaşmadığına görə Apellyasiya məhkəməsinə müraciət edib, burda da uduzanda Ali Məhkəməyə üz tutublar. Bütün məhkəmələr isə Habil Şirinovun haqlı olması barədə qərar çıxarsa da 14 aydır ki, o, qanunla ona çatacaq pulunu ala bilmir: “Bakı Apellyasiya məhkəməsi Habil Şirinova Əliyev Şirvanın 40.000 ABŞ dolları, Əzizov İntiqamın 23.550 manat, Əsgərov Rövşənin 3.200 manat, Əzizov Şərifin isə 75.000 dollar məbləğində pulun ödənilməsi ilə bağlı qərar çıxarıb. Lakin Binəqədi və Xətai icra nümayəndəliyi Habil Şirinovu get-gələ salıblar: “Təsəvvür edirsiz, bu iş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılanda elə yuxarı dairələrdən işin bağlanması ilə bağlı müraciət edirdilər ki, mat qalırdım. Hətta hərbi prokuror Xanlar Vəliyevin də işə müdaxilə etdiyini dedilər. Mən evlərimi satdım. İndi ailəmlə birgə dostumun Fatmeyi kəndindəki yarımtikilisinə sığınmışıq. İndi ölkə başçısına etdiyim müraciətlərə ümidim qalıb. İnanıram, ki, bir gün ölkə başçısı bu hadisədən xəbər tutacaq və bu ədalətsizliyə son qoyulacaq. Bircə buna ümidim var”.

Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu
Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu
Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu
Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu
Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu
Deka Bankın 56 minlik “şapkası” vətəndaşı evsiz qoydu

Abuzər
Interpress.az