İnterpress.az türk mətbuatına istinadən xəbər veri ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Çin Asiyadan Avropaya yük nəqli üçün konsorsium yaratmaq niyyətindədir. Bu barədə Gürcüstan Hava Yolları Səhmdar Cəmiyyəti məlumat yayıb.
İstanbulda Çin-Türkiyə-Avropa Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanları və inkişaf perspektivlərinin təqdimatı keçirilib.
Təqdimat Logitrans illik beynəlxalq nəqliyyat-logistika sərgisi çərçivəsində keçirilib. Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Litvanın iri nəqliyyat-logistika operatorlarının nümayəndələri iştirak ediblər.
“Trans Kavkasus Terminals” MMC artıq beynəlxaq konsorsiumun həmtəsisçiləri ilə birgə çalışır və bütün ölkələrdə bu marşrut üzrə fəaliyyət göstərir, şirkətin direktoru Levan Sulaberidze bildirib.
“Bu layihə çərçivəsində gələn il ərzində Gürcüstan ərazisindən bir neçə min konteynerin buraxılması planlaşdırılır. Yaxın gələcəkdə bu yolla mallar Türkiyə istiqamətində göndəriləcək və gələn ildən Ukrayna vasitəsilə Şimali və Şərqi Avropaya göndəriləcək”, – o bildirib. Onun sözlərinə görə, layihə sayəsində Gürcüstan yenidən tarixi İpək Yoluna çıxacaq.
Xatırladaq ki, bu marşrut Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verildikdən sonra mümkün olacaq. Dəmiryol xəttinin Bakı-Gürcüstan sərəddi hissəsi istimara hazırdır. Gələn il isə dəmiryolunun Türkiyə hissəsinin istifadəyə veriləcəyi gözlənilir.
İnterpress.az