Putin Ərdoğan ilə görüşü qəbul etmədibackend

Putin Ərdoğan ilə görüşü qəbul etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Peskov bu gün keçirdiyi və \”RT\” veb saytının verdiyi mətbu çıxışlarında; Putin ilə Ərdoğan arasında Parisdə hər hansı bir görüşün olmayacağını, bu məsələdə də hər hansı bir plan, ya da təmasların da olmadığını bildirib.
Peskov Putin ilə ABŞ Prezidenti Barak Obama arasında Parisdə keçiriləcək zirvə sammitində bir görüşün olmacağı ehtimalının olduğunu ifadə etdi.
Peskov Türkiyədə dövlətinin Lazkiyə kəndində \”təkfirci terrorçu\”-lara qarşı əməliyyatlarda olduğu zaman Suriya səmalarında vurduğu Rus təyyarəsi pilotunun nəşini Rusiyaya təhvil verməsi barədə hər hansı bir açıqlama verməyi rədd etdi.
Təyyarə hadisəsindən sonra Ərdoğan Putin ilə təmasa keçməyə çalışsa da, bu mövzuda müvəffəqiyyətli ola bilmədi. Kreml Türkiyənin rəsmi şəkildə üzr istəməsindən əvvəl hər hansı bir təmasa keçməyəcəyini ifadə etdi.

İnterpress.az