Videodan da görünür ki, avtobusda sərnişinlərdən biri avtobus sürücüsünə hücum çəkib. Bu zaman kənarda dayanan növbətçi sürücü ona mane omağa çalışıb. Bu zaman əlbəyaxa dava düşüb. Sərnişin sürücünü möhkəm döyərək xəstəxanalıq edib.
Qeyd edək ki, hadisə \”Bakubus” MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusunda qeydə alınıb. \”İçərişəhər\” stansiyasına çatmamış Şeyx Şamil küçəsində bir qadın işıqforda avtobusa minməyə cəhd edib. Sürücü qapıları açmadığı təqdirdə arxadakı bir sərnişin təhqirəmiz ifadələrlə qapıların açılmağını tələb edib. sürücü qapını açmadıqda o, sürücünün üstünə gedib. Bu zaman növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü mübahisənin qəzaya yol aça biləcəyindən ehtiyat edərək sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Bu zaman sərnişin Oqtay Novruzovu döyüb. Bu zaman maşında olan polis əməkdaşı hadisəyə müdaxilə edib. Hadisəyə səbəb olan sərnişin polis bölməsinə aparılıb.
İnterpress.az