Hazırda pilotun cəsədi Esenborq hava limanındadır.
Daha sonra mərhum təyyarə ilə Rusiyaya aparılacaq. Peşkovun meyiti Ankaraya Hatay vilayətindən gətirilib.
Xatırladaq ki, noyabrın 24-ü Rusiyanın Suriyadakı “Su-24” döyüş təyyarəsi Türkiyənin 10 dəfə xəbərdarlığından sonra vurulub.
Rusiya prezidenti Vladimir Putin isə Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırıb. Bu hadisə 2 ölkə arasında gərginliyə səbəb olub.
İnterpress.az