Tutanxamonun məzarında yeni kəşf – VİDEObackend

Tutanxamonun məzarında yeni kəşf – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir fironu Tutanxamonun məzarında aparılan araşdırmalarda iki gizli yerin kəşf edildiyi bildirildi.

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər divarlar arasında qalan bölmələrdə Kraliça Nefertitinin məzarının olduğunu ehtimal edir.

İngilis Misir Alim Nikolas Rives yoxlamaların nəticəsini açıqladı: \”Bu yoxlamadan sonra keçirdiyimiz araşdırmalar, məzarın qərb divarında bağlı dəhlizlər olduğunu göstərir. Yəqin ki, bu Tutanxamon vaxtından qalma başqa bir məzara gedən yoldur\”.

Gözəlliyi ilə tanınan Nefertitini təmsil edən ən əhəmiyyətli əsərlərdən biri Almaniyanın Berlin şəhərində nümayiş olunur.

Tutanxamonun anası olduğu bildirilən Nefertitinin qəbirdə ilk dəfn olunan şəxs olduğu güman edilir.

Eramızdan əvvəl 1323-cü ildə, 19 yaşında ölən Tutanxamonun məzarı, arxeoloqlar tərəfindən içində qızıl xəzinələri ilə birlikdə 1922-ci ildə tapılmışdı.

İnterpress.az