Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 30-u saat 14.00 radələrində rayonun Baş Göynük kəndində kənd sakini, 1931-ci il təvəllüdlü Kərim Umar oğlu Kərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardığı araşdırma zamanı 84 yaşlı Kərim Kərimovun intihar etməsi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Interpress.az