Interpress xəbər verir ki musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarında daxili qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.
Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb.
Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.
Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.
Əməkdaşlarımız Naradarandakı mənbələri ilə əlaqə saxlamağa cəh edib, ancaq telefon bağlantısı alınmayıb.
Interpress.az