Bu gün də dünya mətbuatı yeni siyasi ,iqtisadi və mədəniyyət xəbərləri ilə gündəmi zəbt edib.backend

Bu gün də dünya mətbuatı yeni siyasi ,iqtisadi və mədəniyyət xəbərləri ilə gündəmi zəbt edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trend.az”.Azərbaycan

Avstraliya parlamenti Dağlıq Qarabağın işğalına son qoymağa çağırdı

Avstraliyanın federal parlamentinin 30 noyabr 2015-ci il tarixli sessiyası zamanı Qərbi Avstraliya ştatından millət vəkili seçilmiş, eləcə də Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Lyuk Simpkins Dağlıq Qarabağ və ətraf regionlar da daxil olmaqla Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar Avstraliya Hökumətinin rəsmi mövqeyi haqqında xarici işlər naziri xanım Culia Bişopa sual ünvanlayıb.
Bu barədə Trend-ə Azərbaycanın Avstraliyadakı səfirliyindən verilən məlumatda deyilir.
Bildirilir ki, dünyada xalqların suveren ərazilərinin qeyri-qanuni işğalının qınanılması ilə bağlı Avstraliyanın uzunmüddətli siyasət yürütdüyünü bildirən xanım Bişop Dağlıq Qarabağ məsələsində Avstraliya Hökumətinin Azərbaycanın suverenliyini tanıdığını diqqətə çatdırıb.

“DHA” Doğan Haber ajansı”.Türkiyə

Ərdoğandan sərt açıqlamalar

Prezident Ərdoğan: \”Rusiyaya qarşı yaxşı niyyətimizi ortaya qoyduq, görüş tələb etdik ki, prossesi gözləyirik\”.
Parisdəki BMT İqlim Dəyişikliyi Sammiti çərçivəsində Fransaya gedən Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bəyan edib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya Dövlət rəhbəri Vladimir Putinin iddialarına dair \”Burada çox-çox iddialı bir faktı da ortaya qoyuram.\” Belə bir şey isbat edildiyi anda bizim millətimizin alicənablığı onu tələb edir ki, mən bu məqamda dayanmayım. Ancaq Cənab Putinə deyirəm, Sən o məqamda duracaqsan, ya yox? Bu qədər açıq bunu danışıram.\”

“VOA” Amerikanın səsi. ABŞ

Türkiyədə jurnalistlərin həbsi tənqidlərə səbəb olub

Türkiyədə tanınmış iki jurnalistin həbsi ölkə daxilində və beynəlxalq arenada tənqidlərə səbəb olub. Jurnalistlər İstanbul məhkəməsi tərəfindən casusluq ittihamına görə həbs ediliblər. Onlar mətbuatda Türkiyənin kəşfiyyat agentliyinin Suriyada üsyançı qruplara silah göndərməsi ilə bağlı araşdırma yayımlayıblar. AK partiyasının parlament seçkilərində qələbə qazanmasından sonra bu, mediaya qarşı edilən təziqlərdən sonuncusudur.

“BBC.COM” İngitərə

Türkmənlər: Rusiya bizi Bayırbucakda yox etmək istəyir

İngiltərədə nəşr olunan \”Independent\” qəzetinə müsahibə verən Suriya Türkmən Məclisi Sədri Əbdürrəhman Mustafa, Rusiya Türkmənləri şimal-qərbi Suriyadan çıxarıb Bəşər Əsədə ərazi açmağa çalışmaqla günahlandırır.
Bayırbucak Türkmənlərinin minlərlə soydaşı hava hücumları səbəbilə evlərini tərk etmək məcburiyyətində qaldığını söyləyən Mustafa, \”Çox az adam qalıb. Bombardman altında yaşamaq qeyri-mümkündür\” deyir.

“Sputniknews.com” Rusiya

Putindən Türkiyə açıqlaması: Şəxsən çox təəssüf edirəm

Rusiya Prezidenti Vladimir Putin, Parisdəki İqlim Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmədiyini deyib. Mətbuat nümayəndələriylə bir araya gələn Putin, \”Türkiyə Prezidenti ilə bir araya gəlməmişik, görüşmədik\” – dedi.

Türkiyənin vurduğu Rus təyyarəsi məsələsinin, bu gün Parisdə keçirdiyi demək olar bütün görüşlərdə müzakirə olunduğunu qeyd edən Putin, \”Baş verənlərə dair bəyanatlar verdim. Bütün həmkarlarım məni diqqətlə dinlədi və çoxu, ən azından Türkiyəni təhdid etməyən bir Rus təyyarəsini vurmağın tamamilə lazımsız olduğu məsələsində mənimlə həmfikirdirlər\” dedi.

“DW” Almaniyanın səsi. Almaniya

İqlim üçün kompromis axtarışı

BMT İqlim Sammitinin ilk günündə liderlər istixana qazı istifadəsinin azaldılması üçün qlobal bir razılıq əldə olunması istiqamətindəki çağırışlarını təkrarladılar. Ancaq dirçəlməkdə olan ölkələr ilə sənaye ölkələri arasındakı uçurum çox böyükür.

Parisdə keçirilən BMT-nin İqlim Sammitində 150 ölkənin dövlət və hökumət nümayəndələri iştirak edir. Sammitə qatılan liderlər, qlobal istiləşmənin azaldılması üçün tədbir görülməsini tələb edib.
Sammitin ilk günündə BMT Baş Katibi Pan Gi Mun əməkdaşlıq edilmək və əzmkarlıq olunması çağırışı etdi. Pan Gi Mun, \”Belə bir siyasi an, bir daha əsla ələ gəlməyə bilər\” dedi. Pan, İqlim Sammitinin sonunda açıq bir mesajın zəruri olduğunu bildirib. Pan, bunun 2100-cü ilə qədər qlobal istiləşmənin iki dərəcə ilə məhdudlaşdırılması məqsədinə çatmaq üçün lazımlı olduğunu bildirib.

“Cina Radio International.CRI.” Çin

Xi: Çin və ABŞ sülh üçün birgə səy göstərməlidir

Çin Prezidenti Xi Jinpinq, Parisdə bu gün ABŞ Prezidenti Barak Obamayla görüşüb.

Xi Jinpinq, indiki şərtlərdə Çin və ABŞ-ın yeni və böyük ölkələr arası əlaqələrin yaradılması istiqamətində hərəkət edərək, münaqişəyə və ziddiyətə girmir, qarşılıqlı hörmət göstərir, əməkdaşlığı birgə qazanc təmin etməkdə israr edərək, ikitərəfli, regional və qlobal aspektlərdən iki ölkə arasında konkret əməkdaşlıq və danışıqları sürətləndirməsi lazım olduğunu söylədi.

Xi Jinpinq, iki ölkənin makro iqtisadi siyasətini gücləndirməsi, son iqlim konfransında nəzərdə tutulan hədəfə çatdırılmasını sürətləndirməsi, konstruktiv üsullarla fikir ayrılıqları və həssas problemləri nəzarət altına alması lazım olduğunu qeyd edib.

Xi Jinpinq həmçinin, iki tərəfin ikitərəfli münasibətlərin sağlam və sabit inkişafına təminat almaq, habelə Asiya Sakit Okean bölgəsi və dünyada sülh, sabitlik və rifahı qorumaq üçün birgə səy göstərməsi lazım olduğunu söylədi.

“ajazeera.com.” Qətər

1.Türkiyənin hava müdafiə sistemində çatışmazlıq

Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Ancaq bu böyüklük insan gücünə əsaslanır. İnkişaf etmiş silahlar söz mövzusu olduğunda sıralama xeyli dəyişir. Raketlərlə təchiz olunmuş Türkiyənin hələ bir hava müdafiə sistemi yoxdur. Bəs bu təhdid nə qədər böyükdür, Türkiyə bu təhdidə qarşı nə edir?

2. Əbu Hudayrın yaxınları günahkar bilindi

İsrail məhkəməsi Fələstinli Məhəmməd Əbu Hudayrın 2014-cü ildə yandırılaraq öldürülməsi ilə bağlı cinayət işində üç şübhəlidən birini cinayətkar, ikisini isə günahkar bildi.

İsrail məhkəməsi şübhəliləri Əbu Hudayrı qaçırmaq, döymək və canlı-canlı yandırmaqda ittiham etdi.

“irib.ir” İran

Bəşər Əsəd: Terrorçular qaçqınlara qarışaraq Avropaya gedirlər

Suriya prezidenti, artıq terrorçuların Avropa torpaqlarında da olduğunu bildirib.
\”Reuters xəbər agentliyi\”-nin bildirdiyinə görə dünən Çexiya televiziyasına müsahibə verən Suriya Prezidenti Bəşər Əsəd, bu gün Avropa ölkələrinə pənah aparmaqda olan Suriyalı qaçqınlar içərisində bir çox da terror təşkilatı üzvlərinin olduğunu bildirdi.

“Sana”.Suriya Ərəb Agentliyi.Suriya

Təkfirçi və xainlərin itkiləri artır

Xarici qüvvələrin dəstəyi ilə dəhşət və vəhşilik törətməyə davam edən təkfirçi və xain terror dəstələrə qarşı uğurlu əməliyyatlarını aparan vətən qoruyucuları ordu hissələrimiz bu gün də yeni uğurlara imza atdı.
HƏLƏB:
Səna müxbirinə açıqlama verən hərbi mənbə; Hava qüvvələrimizin Hələb Şəhərinin təxminən 40 km şərqinə düşən Akovlə, Rəsm əl Əbd, Böyük Himiymə və Kiçik Himiymə kəndlərində İŞİD-in səngər və ağır texnikadan silahlarla təchiz olunmuş nəqliyyat vasitələrini məhv etdiklərini ifadə etdi.

“rudaw.net”. İraq

Prezident Bərzani Ər-Riyadda

İraq Kürdüstan Bölgəsi Rəhbəri Məsud Bərzani, Körfəz Ölkələrinə səfər çərçivəsində bu axşam Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçib.

Prezident Ofisindən bildiriblər ki, Prezident Məsud Bərzaninin Ər-Riyadda yüksək səviyyəli rəsmilər ilə bir araya gələcəyi bildirilib.

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi altındakı İŞİD əleyhinə koalisiyada 10 Ərəb ölkəsi də var.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və İordaniya İŞİD-ə qarşı əməliyyatlarda iştirak edir.

Əl-Qaidənin torpaqlarında həyata keçirdiyi hücumlarla son 10 ildə təhlükəsizlik problemi yaşayan Səudiyyə Ərəbistanı, təxminən 57 milyard dollar ilə dünyada dördüncü ən böyük müdafiə büdcəsinə malik olan ölkədir.

İnterpress.az