İŞİD-in  gündəmi Kürd partiyalarıdırbackend

İŞİD-in gündəmi Kürd partiyalarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, \”Dabıq\”-ın son sayında Kürd partiyaları haqqında bir məqalə yer alıb.

Jurnalda, Kürdüstan Bölgəsi Rəhbəri Məsud Bərzaninin, \”Peşmərgələri Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən yaxın müttəfiqi olduğu\” dediyi sözlər xüsusi olaraq vurğulanır.

Daha sonra yazıda, Bərzaninin müxalif partiyalar qarşısında güclü olduğu ifadə edilir.

Kürdüstan Vətənpərvərlər İttifaqı ilə (KYB) Kürdüstan Demokrat Partiyasının (KDP) əzəli münaqişələrinə toxunulub.

Yazıda, KYB \”sol partiya\” olaraq tənqid edilərkən, KDP-nin isə \”kürəyini ABŞ-a söykədiyi\” iddia edilib.

İŞİD-in ortaya çıxışından sonra Kürdüstan Bölgəsindəki vəziyyət haqqında isə bunlar qeyd olunub:

\”İraq və Kürdüstan Bölgəsi, böyük problemlərlə qarşılaşdı. Bərzani hakimiyyətdə qaldı. Köhnə KYB və PKK-dan ibarət olan Qoran Hərəkatı da, Bərzaninin başda qalmasını qəbul etmədi\”.

PKK-nın Bərzaniyə qarşı Qoranı dəstəklədiyi, Qorannın də digər bölgələrdə PKK-ya dəstək verdiyi qeyd edilən jurnalda; \”KYB, KDP, PKK və Qoran arasında baş verən münaqişələrin daha çox artması\” arzusu yer alıb.

Peşmərgə Qüvvələrinin ABŞ Xüsusi Qüvvələri ilə Xavicədə keçirdiyi əməliyyatın isə, \”Vaşinqtonun siyasi böhranda Bərzaniyə dəstəyi\” kimi şərh olundu.

İnterpress.az