İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Sidneydə rəyi soruşulmuş 600 müsəlmanın 57 faizi irqçiliklə üzləşdiyini bildirib.
Dünya hadisələri adamları müsəlmanların diskriminasiya edilməsinə “cəsarətləndirib” – deyilir rəy sorğusuna dair hesabatda.
Buna baxmayaraq, sorğuda iştirak edənlərin 86 faizi deyib ki, Avstraliya müsəlmanları ilə qeyri-müsəlmanları arasında münasibətlər mehribandır.
Rəy sorğusu Qərbi Sidney və \”Charles Sturt\” Universitetləri, habelə İslam Elmi və Araşdırmaları Akademiyası tərəfindən aparılıb.
Qərbi Sidney Universitetindən araşdırmaya rəhbərlik edən professor Kevin Dun deyib: “Dünyada baş verməkdə olan hadisələrə və müsəlmanların müxtəlif cür təqdim olunmasına görə (bu isə böyük problemdir) bəzi adamlar, təəssüf ki, müsəlmanları incidən söhbətlər danışmağa və əməllər törətməyə “cəsarətlənirlər”.
Rəy sorğusu bunu da göstərib ki, respondentlər arasında işsizlik 8,5 faiz təşkil eidr və bu, Sideny üçün orta rəqəm olan 3,7 faizdən xeyli yüksəkdir. Budan başqa, rəyi soruşulanların 62 faizi ya iş yerlərində, ya da iş axtararkən irqçiliyə məruz qalıb.
Buna baxmayaraq, rəyi soruşulanların əksəriyyəti özünü avstraliyalı saydığını və bu ölkəyə bağlılığını ifadə edib.
İnterpress.az