Ərəbistanın şərqində nümayişbackend

Ərəbistanın şərqində nümayiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az \”Katif News\” internet saytına istinadən xəbər verir ki, yüzlərlə Ərəbistanı vətəndaşı dünən axşam saatlarında Ərəbistanın tanınmış din alimi və liderlərindən Şeyx Nəmr Baqir ən-Nəmr və digər mübariz siyasi liderlərin edam cəzasını ittiham etmək məqsədilə Ərəbistanın şərqində yerləşən Əl-Avamiyə şəhərində mitinq keçiriblər.
Şeyx Nəmrin fotoşəkillərini əllərində tutan Ərəbistanlı nümayişçilər, Şeyx Nəmrlə birlikdə iki gənc yaşda olan dustağa və digər bəzi siyasi liderlərə verilən edam cəzasını pisləyərək ləğv edilməsini istədilər.
Bu qərarların zalım olduğunu elan edin nümayişçilər Səudiyyə rejiminin həqiqətdə bu qərarla Şiyyələrdən intiqam almağa çalışdığını bildiriblər.
Ərəbistan Kassasiya Məhkəməsi bir müddət öncə Ərəbistanın dini lideri Ayətullah Şeyx Nəmrə edam haqqında verilmiş məhkəmə qərarını qəbul etmişdi.
Şeyx Nəmr 2012-ci ildə həbs olunmuşdu.

İnterpress.az