İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 14 namizədin qatıldığı seçki yarışını rəsmi olmayan nəticələrə görə Baş Nazir Roç Mark Kabor qazandı.
53 faiz yarım səs toplayan Kabor beləliklə, ilk turda qələbəni təmin etmiş oldu. Ən yaxın rəqibi keçmiş Maliyyə Naziri Zepirin Diabrinin səsləri təxminən 30 faizdə qaldı.
Seçki Komissiyası, 5 milyon yarım qeydiyyatlı seçicinin 60 faizinin seçkiyə getdiyini bildirib.
Burkina Fasonu, Fransa asılılığından çıxıb müstəqilliyini elan etdiyi 1960-cı ildən bu günə qədər, hərbi çevrilişlərlə hakimiyyətə gələn liderlər idarə edirdi. Dövlət rəhbərliyi postu, Blez Compaorinin ötən il xalq qiyamı ilə devrilməsindən sonra boş qalmışdı.
Ölkəni 27 il idarə edən Compaor, bir müddət də vəzifədə qalmaq üçün konstitusiyanı dəyişmək istəyəndə yerini itirmişdi.
İnterpress.az