İnterpress.az \”RİA Novosti\”-yə istinadən xəbər verir ki, məlumat verən diplomatik mənbə, Karadağın 18 ay içərisində NATO üzvü ola biləcəyini söylədi.
Karadağ Avropada dövlətdir. Sahəsi 13812 km², əhalisi 2007-ci ilin siyahıya almasına əsasən 684730 nəfərdir.
Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqrın rəsmi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən \”baş şəhər\” sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.
1878-ci ildә imzalanan Berlin Sazişilә Osmanlı dövlәtindәn ayrılan vә Birinci Dünya müharibəsindən sonra Yuqoslaviyanın tərkibinə daxil edilәn Monteneqrın qonşuları, Albaniya, Kosova, Serbiya, Xorvatiya vә Bosniya və Hersoqovinadır. Ölkə sahillərini cәnubunda Adriatik dәnizinin suları yuyur. İdarəetmə forması prezidentli (Filip Vuyanoviç) respublikadır. Parlament birpalatalıdır. Baş nazir Milo Djukanoviçdir. İnzibati ərazi bölgüsü 21 bələdiyyədən ibarətdir.Beynəlxalq turizm ölkənin iqtisadiyyatının 20% təmin edir.
İnterpress.az