Moskvadakı Rusiya-Türkiyə Elm Mərkəzi bağlandıbackend

Moskvadakı Rusiya-Türkiyə Elm Mərkəzi bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, mərkəzin bağlanma səbəbinə dair məlumat verilmədi. İl ərzində həyata keçirilməsi planlaşdırılan Osmalı dilində kursları, dəyirmi masa görüşləri, dərslər və konfransların ləğv edildiyi açıqlanıb.

Rusiya-Türkiyə Elm Mərkəzi internet saytında, kitabxananın boş rəfləri fotosunu dərc etdirərək, xəbəri bu ifadələrlə bildirib:
\”Mərkəzimizin bağlandığını sizlərə bildirmək məcburiyyətindəyik. Osmalıca kursları başa çatır, magistratura və doktorantura tələbələrinə də yardımçı olmayacağıq. Planlaşdırılan dəyirmi masa toplantıları, dərslər və konfranslar ləğv edilir. Kitabxanamız də artıq istifadə edilməyəcək. Mərkəzin bağlanma səbəbini bilmirik, məlumat üçün Rudomino rəhbərliyinə müraciət edin. Bizi dəstəkləyənlərə təşəkkür edirik, səylərimiz boşa çıxmadığını düşünürük. Başqa formatlarda görüşmək üzrə\”!
Rudomino nəzdindəki Rusiya-Türkiyə Elm Mərkəzi, qarşılıqlı elmi mübadilə, dəyirmi masa görüşləri, seminarlar, konfranslar, yay və qış məktəbləri tənzimləmə kursları kimi fəaliyyətlər göstərirdi.

Moskvadakı Rusiya-Türkiyə Elm Mərkəzi bağlandı

İnterpress.az