Belçikanın Baş Naziri Avropanın da “MKİ”-sı qurmağı istəyirbackend

Belçikanın Baş Naziri Avropanın da “MKİ”-sı qurmağı istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın \”RTL\” kanalında çıxış edən Belçika Baş Naziri Çarlz Mişel, \”Düşmən niyyətlər daşıyanların maskalarını salmaq üçün dərhal Avropa kəşfiyyat qurumunu- Avropanın \”MKI\”-sini qurmağa başlamalıyıq. Paris hücumlarının Avropadakı kəşfiyyat qurumlarının məlumat paylaşma çatışmazlığını nümayiş etdirdiyini vurğulayan Mişel, Avropa miqyasında tətbiq ediləcək protokolların da mümkün hücumlara mane ola biləcəyini müdafiə etdi.

Digər tərəfdən, Mişelin bu fikri, daha əvvəl Aİ-qı Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq İşləri Məsul Komissarı Dimitris Avramopulos dilə gətirmişdi. Ancaq Almaniya və Fransa fikrə isti baxmır. Almaniyanın Daxili İşlər Naziri Tomas de Maisier, Aİ üzvlərinin mövcud olan qurumlar üzərindən məlumat mübadiləsi aparmağa diqqət yetirməsi lazım olduğunu söyləmişdi. Fransa Daxili İşlər Naziri də Bernard Cazeneuve də bu təklifə şübhə ilə yanaşmışdı.

İnterpress.az